!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tamilla Qulamidən dostlarına MESAJ var…

!Reklam – Yazi

tamillaİki həftə öncə ürək-sinir problemləriylə xəstəxanaya yerləşdirilən, Ümid Partiyasının sədr müavini, Binəqədi Rayon Bələdiyyəsinin üzvü Tamilla Qulami müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından dostlarına kiçik yazı göndərib. Həmin yazını sizlərlə paylaşırıq…

Günlərdir dostlar narahatdır… Əslində sevdiklərimin, dostlarımın, insanların narahat qalmaması üçün əlimdən gələnin ötəsini etməyə çaba göstərmişəm həmişə. İndi bu yazını yazmaqda belə zorluq çəkirəm. İnanıram ki, fikir qarışıqlıqlarını hal-hazırdakı vəziyyətimə bağışlayacaqsınız… Heç bir zaman gücsüz və çarəsiz görünməyi sevməmişəm, kimsəyə də bunu diləmirəm. Əslində biz insanlar çox güclüyük. İstədiyimiz ən güclü işləri həyata keçirəcək qədər. Baxın, olur ki, yazılan bu adi sözlər bəzən bir qələmin yazdıqlarıyla min yaşında bir hayqırtıya çevrilir. İnsanın içini inlətən hisslər, köksü yaran səssizliklər… Gəlin, bir anlıq unudaq dünyanın neçə bucaq olduğunu… Bir azca düşünək… İndicə, lap elə imdicə ən sevdiyiniz melodiya və ya musiqini açın… Biz əslində nə qədər güclüymüşük?! Mutlumuyuz, huzurlumuyuz? Tutalım ki, xəfif bir rüzgar əsdi içimizdən, duyğularımızı yarıb keçdi… Yıxıldımı dünyamız? Ya da ağrımı çəkdik, acılarımızmı çoxaldı? Cavablarını bilmədiyimiz heç bir duyğunu keçirməyək içimizdən. Güvənmədən sevməyək məsələn… Məsələn, bizi sevməyən “O”nu, bacarırıqsa, yalnızca, tək sevməyə davam edək, bacarmırıqsa, sakitcə önünə keçib, “məni, ruhumu burax” deyək… Və beləcə bütün büyülü olan suallara cavab tapmağı öyrənək. İçimizdə daşıdığımız ürək, düşündüyümüz beyindir… Hər gün bizdən insaf diləyən… Bəlkə də yenidən doğmanın zamanı… Acılarla, ağrılarla böyüyüb mutlu olmağı öyrənəlim… Ağrıların bütün canımı bürüdüyü, hər yanı qapalı xəstəxana köşəsindən yazdığım bu cızma-qaradan, qələmin uclarından sadəcə sevgi damlayır… Göy üzünə baxıram, səmada ulduz belə yox… Amma pəncərə önündə sevdiyim dostlarımın gətirdiyi çiçəklər gözlərimi bəzəyir… Həyatımızı kəndimiz parlatalım, parlayalım… Sizləri sevirəm… Ətrafa sevgi damızdırın, mutluluk istəyirik artıq, mutluluq…
Sevgi və sayğılarla

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv