!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış akademik 7 saylı məktəbdə - FOTOLAR

!Reklam – Yazi

06 aprel 2023- cü il tarixdə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Kimya elmi istedadlı uşaqların gözündə” kimya dərnəyi və kiçik akademiyanın nəzdində fəaliyyətdə olan kiçik tədqiqatçıların iştirakı ilə “Kimya həyatdır, həyat kimyadır” adlı elmi- praktik tədbiri həyata keçirilmişdir. Ümummilli lider H.Əliyevin 100 illik yubiley tədbirləri silsiləsinə daxil olan bu tədbir də öz növbəsində akademikliyi, sosiallığı ilə seçilirdi. Şagirdlər kimyanın tarixi, kimyanın inteqrativ xarakteri, kimya sahəsində xidmətləri ilə seçilən bəzi alimlər haqqında məlumatlara sahib olduqlarını nümayiş etdirməklə yanaşı, buzun yandırılması, kibritsiz alov, yod ləkəsinin ekoloji təmiz yolla çıxarılması və s. kimi təcrübələri, nəzəri məsələlərin həlli yollarını öyrəndikləri nəzərə çatdırıldı.

Tədbir məhz bu istiqamətdə həm fəlsəfi, akademik, həm emosional- sosial sferada əhəmiyyətinin vacibliyi ilə digər tədbirlərdən seçilirdi. Kimyanın daha eksperimental, təcrübələrə əsaslanan təbiət fənni olduğu məlumdur, lakin bu fənnin tədrisində rəqəmsal texnologiyalardan istifadə isə xüsusi diqqəti çəkirdi. Belə ki, Dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsəsində elementlərin planetlərə bənzədilməsini əks etdirən məsələlər məhz virtual eynəklər vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Tədbirdə də bu proses real həyata keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Milli Elmlər Akademiyasının Aşqarlar İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev və institutun əməkdaşları, Qeyri- üzvi kimya və kataliz İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsi Ümumi kimya və KTT kafedrasının dosenti Faiq Məmmədov, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsi Kimya və biologiya və Kimya müəllimliyi ixtisasının 4- cü kurs tələbələri iştirak etmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Könül Təhməzova qonaqlara məktəbin kimya dərnəyi və kiçik akademiyanın işləri barədə məlumat verərək, dərnəyin və akademiyanın kimya departamentinin işlərindən məmnun olduğunu bildirdi. Könül xanım məktəbin fəaliyyəti zamanı öz dəstəyini əsirgəməyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə, Milli Elmlər Akademiyası Qeyri- üzvi kimya və Kataliz və Aşqarlar kimyası İnstitutuna təşəkkür etdi, şagird tədqiqatlarının bundan sonra da həmin institutların tədqiqat laboratoriyalarında həyata keçiriləcəyinə ümid etdiyini bildirdi.

Akademik Vaqif Fərzəliyev çıxışında görüşdən məmnunluq hissi ilə şagirdlərin hazırlıqlı olduqlarını xüsusilə vurğulamış, gələcəkdə şagirdlərə onların tədqiqatları ilə bağlı dəstək olacağını bildirmiş, məktəbin fəaliyyətinə uğurlar diləmişdir. Akademik Vaqif Fərzəliyev şagirdlərlə həyatın özəyinin elm olduğunu, bütün uğurların elmdən keçdiyini, xüsusilə şagirdlərin də toxunduğu əlkimya dövründən bu günə kimi kimyanın vacib fənn, vacib elm kimi həyatımızın əsasını təşkil etdiyini bölüşdü. Vaqif müəllim elmlə təhsilin inteqrasiyasında, o cümlədən istedadlı şagirdlərin elmə cəlb olunmasında verdiyi töhfələrə görə, şagirdlərə göstərdiyi bu cür qayğıya, öyrədici və dəstəkləyici mühiti yaratdığına görə, xüsusilə də kimya istiqamətində şagirdlərin inkişafını təmin etdiyinə görə məktəbin direktoru Könül Təhməzovaya təşəkkür etdi və onu institut tərəfindən xüsusi “Təşəkkürnamə” ilə təltif etdi. Məktəbin Kimya dərnəyinin kiçik üzvləri də fəxri qonaq üçün hazırladıqları məktəbin loqosu olan xüsusi kristal neft daşları olan qülləni akademik Vaqif Fərzəliyevə dərin hörmətlə təqdim etdilər.

Çıxış edən digər qonaqlar da kimya elmləri doktoru dosent Əfsun Sucayev və dosent Faiq Məmmədov dərnəyin və kiçik akademiyanın fəaliyyətini yüksək dəyərləndirdiklərini, hələ 7- ci sinif şagirdlərinin yenicə kimya fənni ilə tanış olmalarına baxmayaraq, onların kimyanın incəlikləri ilə məşğul olmaları, bu istiqamətdə araşdırmalarını maraqla qarşıladıqlarını bildirdilər.

Kimya elmini şagirdlərə sevdirməklə yanaşı, onların tədqiqatçı kimi yetişmələrində danılmaz xidməti olan “Kimya elm kimi istedadlı uşaqların gözündə” adlı kimya dərnəyinin rəhbəri Rumiyyə Camalova da Heydər Əliyev irsinin davamçısı olaraq təhsilin millətin gələcəyi olduğunu rəhbər tutduğunu, gələcəyin şəxsiyyətlərinin inkişafında onlar üçün lazım olan vacib səriştələrin- təfəkkür, fəaliyyət, dəyərlərin inkişaf etdirilməsi, formalaşdırılması istiqamətində çalışdığını xüsusilə vurğuladı.

         

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv