!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Allah heç kəsin qarşısına mərdimazar çıxarmasın”

!Reklam – Yazi

“Allah heç bir yaradıcı insanın qarşısına mərdimazar adam çıxarmasın”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva “yaradıcı insan üçün hansı daha önəmlidir: istedad, yoxsa şans” sualını cavablandırarkən deyib.

O, istedad, şans və bu sənətdə əmək sərf etməyin böyük rol oynadığını söyləsə də, digər bir vacib məqamı da vurğulayıb:

“Əlbəttə ki, istedad lazımdır və çox önəmlidir. Zəhmətkeş və istedadlı olmalısan, ən əsası şansın da gətirməlidir. Amma bunlardan da vacib, Allah heç bir yaradıcı insanın qarşısına mərdimazar adam çıxarmasın. Həmişə qarşısına ədalətli, sənətə, istedada dəyər verən insanlar çıxarsın. Vay o günə ki, sənət adamının istedadı, şansı var, zəhmətkeşdir, amma qarşısına mərdimazar insan çıxır və daim həmin adamın yolunu kəsməyə çalışır”.

Cəvahir

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv