!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Allah o sevgini əlimdən almasın”

!Reklam – Yazi

“Nə gizlədim, əvvəllər doğum günlərimdə mənim üçün rəqəmlərin əhəmiyyəti olurdu. Yaşımın depressiyyasını yaşayırdım. Amma bu il ilk dəfə olaraq bu depressiyadan çıxdım”.

Bunu Yenicag.az-a açıqlamasında doğum günü olan tanınmış aktrisa Sonaxanım Əliyeva təəssüratlarını bölüşərkən deyib.

Aktrisa əvvəlki illərdən fərqli olaraq artıq rəqəmlərin onun üçün əhəmiyyət daşımadığını bildirib:

“Çox xoşbəxtəm, gecə saat 12-dən başlayan təbriklər hələ də davam edir. Hesab edirəm ki, bir sənət adamı üçün diqqətdən böyük hədiyyə ola bilməz. Hər birinə səslənib, minnətdarlığımı bildirirəm. Yaş üstünə yaş gəlir… Əvvəllər buna görə depressiyaya düşürdüm. Amma bu il ilk dəfə olaraq qIzım məni yaşımın depressiyasından çıxardı. Buna görə də qızıma minnətdaram. Qızım mənə dedi ki, ana, hər yaşına görə şükür elə. Doğurdan da yaşamaq həm də yaşlanmaq deməkdir. Hər yaşıma görə Allahıma şükürlər edirəm. Demək ki, bu yaşı da Allah mənə nəsib etdi”.

Aktrisa həyatınızda “böyük sevgi varmı” sualını da cavablandırıb:

“Bəli, həyatımın ən böyük sevgisi var. O, mənim balamdır. Allah o sevgini əlimdən almasın”.

Cəvahir

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv