!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa aparıcı oldu: "Buna görə razılıq verdim"

!Reklam – Yazi

Tanınmış aktrisa Günəş Mehdizadə aparıcı kimi fəaliyyətə başlayıb.

Yenicag.az-a açıqlama verən aktrsia bu günə qədər bir çox təkliflər aldığını, lakin kino ilə bağlı layihənin aparıcısı olmağa razılıq verdiyini bildirib:

“Son vaxtlar tez-tez belə fikirlər səslənir ki, əvvəlki filmlərdən indi yoxdur, əvvəllər Azərbaycanda daha gözəl filmlər çəkilirdi, indi belə deyil və sair. Belə bir vaxtda kino ilə bağlı təklif aldım və razılaşdım. Əslində çoxdan beynimdə belə bir fikir var idi ki, özümü aktrisa kimi də sınayım. Çünki dublyajla məşğul oldum, kinoya, seriallara çəkildim, fikirləşdim ki, özümü həm də aparıcı kimi də sınayım. Belə təkliflər alırdım, amma nə gizlədim, ürəyimcə olmadığı üçün təkliflərdən imtina edirdim. Amma bu təklif çox ürəyimcə oldu. Milli kinomuzun təbliğatı, filmlərimizin yeni nəslə sevdirilməsi və tanıtımı baxımından veriliş böyük əhəmiyyət daşıyacaq”.

Günəş aparıcılığın onun yaradıcılığına təsir etməyəcəyini də bildirib:

“Yox, aparıcılıq aktrisa kimi fəaliyyətimə heç də mane olmayacaq. Həm yaradıcılığımla məşğul olacam, həm də “Kinomuz”un aparıcısı olacam”.

G.Mehdizadə “Kinomuzun bugünkü günü sizi qane edirmi?” sualını aktrisa belə cavablandırıb:

“Kinomuzun taleyi o qədər də ürəkaçan deyil. Bəlli hadisələrlə bağlı bu sahədə bir qədər durğunluq yaşandı”.

Qeyd edək ki, aktrisa ATV kanalında “Kinomuz” adlı verilişin aparıcısı kimi fəaliyyətə başlayıb.

Cəvahir

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv