!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Tanınmış aktrisa: “Ən ağır itkini onda yaşadım”

“Həyatımın ən ağır itkisini 2020-ci ildə yaşadım”.

Bunu Yenicag.az-a açıqlamasında tannımış aktrisa Zülfiyyə Qurbanova deyib.

İllərə və bürclərə inansa da, aktrisa onlara xüsusi məna yükləmədiyini bildirib:

“Bürclərə, eləcə də insanın hansı ildə doğulması ilə bağlı inanclara da inanıram. Amma buna o qədər də məna yükləyən və təsir altına düşən adam deyiləm. Bəzi insanlar üçün ilin hansı heyvan üstündə təhvil olması çox əhəmiyyət daşıyır, onun mistik qüvvəsinə inanır. Amma ilin hansı heyvan üstə təhvil olmasına o qədər də əhəmiyyət vermirəm. Əsas odur ki, həmin il sənə uğur gətirsin. Həyatımın ən ağır itkisini 2020-ci ildə yaşamışam. Allah bu sözü dediyimə görə peşman etməsin. Düşünürəm ki, indidən belə Allahın verdiyi və qarşıda yaşayacağım ömür ərzində o ağır itki qədər ağır itkim olmayacaq. Çünki həyatımın ən ağır və sıxıntılı ili məhz onda oldu, anamı itirdim”.

Sənətçi yeni ildə xoş sürprizlər gözlədiyinə ümid etdiyini deyib:

“Ötən il yaradıcılığımda dalbadal uğurlarım oldu, çoxlu filmlərə çəkildim. Amma 2022-ci ildə də həm şəxsi, həm də yaradıcılığımda yeniliklər və yaxşı qazanc gözləyirəm. Həm də ürəyimcə olan qadın xoşbəxtliyi istəyirəm. Ölüm-itim olmasın, Allah bizi belə ağır şeylərlə sınağa çəkməsin”.

Cəvahir

www.yenicag.az

312
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100