!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Evin maliyyə naziri özüməm”

!Reklam – Yazi

“Evimizin maliyyə naziri özüməm”.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Elvina Atakişiyeva “Evdə ailə büdcəsinə kim nəzarət edir; siz, yoxsa həyat yoldaşınız aktyor Elvin?” sualıını cavablandırarkən deyib.

Aktrisa yarızarafat, yarıgerçək evdə pula özünün nəzarət etdiyni bildirib:

“Bizim evde bir pul kisəsi, bir dənə də kart var. Kimə lazımdırsa, oradan götürüb xərcləyirik. Amma bir şərtlə ki, ailə büdcəsinə ziyan vurulmasın. Mən hesab edirəm ki, evdə büdcəyə qadın nəzarət etsə, işin xeyrinə olar. Belə götürəndə elə büdcəyə özüm nəzarət edirəm. Evimizin maliyyə naziri mənəm”.

Elvina özünün və həyat yoldaşının bədxərc olduğunu da gizlətmədi:

“Pul ele bir seydi ki, atanı balaya düşmən edər. Amma baxır insana. Əgər bir insan əvvəldən pul görübsə, onun üçün fərqi yoxdur. Vay o gündən ki, sonradan görə. O zaman ər, arvad, uşaq pul üstündə dava salmaq istəyirsə, salacaq. Bizim ailədə, şükür Allaha ki, belə problem yoxdur. Həyat yoldaşım da, mən də bədxərc insanlarıq. Aramızda pul üstündə söz-söhbət də elə bunu üstündə olur”.

Cəvahir

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv