!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Hamı elə bilir, məmur sevgilim var”

!Reklam – Yazi

“Məşhur fransız modelyer Koko Şanelin gözəl bir deyimi var: “Gözəlliyin qayğısına qalarkən, ilk növbədə, qəlbdən və ruhdan başlamaq lazımdır, əks təqdirdə heç bir kosmetika çarə etməz”. Gözəl o qadındır ki, yaşlandıqca ruhunun gözəlliyi üzündə bərq vurur. Nə yaxşı ki çirkinləşmədik, əksinə… Mənə görə, yaşın artması qorxulu deyil, ruhun qocalması qorxuludur”.

Bu sözləri doğum günündə təəssüratlarını Yenicag.az-la bölüşərkən tanınmış aktrisa Sima Ağakişiyeva deyib.

Aktrisa əvvəllər yaşlanmaqdan qorxduğunu söyləsə də, bu gün yaşı ilə fəxr etdiyini deyib:

“Əvvəllər yaşla bağlı komplekslərim var idi. Yaşımın üstünə yaş gəldikcə pis olurdum. Amma indi əksinə, yaşlanmaq mənim üçün həm də yaşamaq deməkdir. Qadın hər yaşda gözəldir. Əsas odur, daxilin gözəl və zəngin olsun. Yaşa dolduqca içdə olan bütün gözəlliklər və çirkinliklər üzə çıxır. Mən aktrisayam, səhnə mənim həyatımdır. Arzularım çoxdur. Oynamadığım rollları səhnədə canlandırmaq istəyirəm. Bir də əməyimin bəhrəsini görmək arzusundayam. Fəxri ad üçün özümü öldürmürəm. Amma kim istəməz ki, zəhmətinin dəyərini əldə etməsin? Xüsusən də sənət adamları. Biz səhnə adamları alqışlar üçün doğulmuşuq. Şükür ki, o alqışları həmişə görürük. İnşallah ki, yaradıcılıq yollarında sərf etdiyimiz zəhmətin dadını, bəhərini də görərik”.

“Sevgisiz həyat yoxdur”, – deyən aktrisa şəxsi həyatı ilə də bağlı etiraflar edib:

“Sevgi insana qanad verən ən gözəl hissdir. Təbii ki, hər bir qadın istəyər ki, həyatında ona dəyər verən bir kişi olsun. Çox pozitiv, enerji dolu bir xanımam. Hətta elə bilirlər ki, varlı, imkanlı, məmur sevgilim də var”.

Cəvahir

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv