!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa infarkt keçirdi – SON DURUMU/AÇIQLAMA

!Reklam – Yazi

Bir neçə ay öncə ağır əməliyyat keçirən tanınmış aktrisa Məsumə Babayevanın səhhətində yenidən problemlər yaranıb.

Bu barədə Yenicag.az-a aktrisa özü açıqlamasında bildirib.

O, infarkt keçirdiyini deyib:

“Bilirsiz ki, ağır əməliyyat keçirdim. Xəstəxanadan çıxandan sonra səhhətim pisləşdi və evimdə infarkt keçirdim. Məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. Bəlli oldu ki, ürəyimdə üç damar tutulub, cəmi bir damar işləyir, o da çox zəifdir. Anju etdilər.

Həkimlər bildirdilər ki, təcili açıq ürək əməliyyatı keçirməliyəm. Buna razılıq vermədim, dedim, bədənim buna tab gətirməz, çox zəifəm. Başqa bir xəstəxanaya getdim. İndi ev şəraitində müalicə olunuram, ömrüm harada qırıldı, qırıldı, Allaha təvəkkül. Səhhətim çox pisdir, dava-dərmanla yaşayıram. Canımla əlləşirəm”.

Qeyd edək ki, aktrisa iki dəfə əməliyyat olunub. O, eyni zamanda, şiş, şəkər, ürək xəstəliyi və insultdan da əziyyət çəkir.

Cəvahir

www.yenicag.az

1213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv