!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa SÖZ ATDI: “İstedad boş şeydir, fərasətin varsa, gedərsən qabağa”

!Reklam – Yazi

“Populyar aktrisa olmaq üçün nə şans lazımdır, nə də istedad. Bunlar boş şeylərdir…”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Könül Yusifqızı “populyarlıq üçün istedad önəmlidir, yoxsa şans” sualını cavablandırarkən deyib:

“Populyar aktrisa olmaq üçün nə şans lazımdır, nə də istedad. Bunlar boş şeylərdir. Ağıl, bir də fərasətin olmalıdır. Ağıldan da önəmli olan fərasətdir. Adətən, istedadlı insanlar təvazökar və tənbəl olurlar. İstedadsız adamlar irəliləməyi sevirlər. İndiki zəmanədə populyar olmaq o qədər asandır ki…

Valideynlər aktrisalığa rahat pul qazanmağın yolu kimi baxırlar. Buna görə də uşaqlarına aktrisa olmağa icazə verirlər. O, keçmişdə idi, atalar, analar qızlarını aktrisa olmağa qoymurdular, ciddi qadağalar var idi. İndi hər şey o qədər asandır ki… Bu asanlığın içində insana bir balaca fərasət lazımdır. Diribaş olsun ki, mövcud durumdan istifadə etməyi bacarsın.

O qədər istedadlı aktrisa və aktyorlar var ki, illərdir teatrın bir küncündə qalıblar. Amma fərasətli adamlar çox irəlidədir, bacarana can qurban. Zənnimcə, bu, müvəqqəti xarakter daşıyacaq. İncəsənət aləmində hər şey qaydasına düşəndə həqiqi istedadı olan insanlar gözə görünəcək. Sadəcə olaraq fərasətlə kimlərisə tapdalamaqla irəli gedənlər yox. O zaman bizim kino, teatr, serial daha öndə olacaq. Hələ ki, xaosdur, dünya miqyasında ortaya çıxarılası filmlər çox azdır. Bəlkə zamanla bu yoluna düşər, onu da yəqin mən görmərəm”.

Cəvahir

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv