!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan erkən nikaha SƏRT TƏPKİ: “8-ci sinif şagirdini ərə vermək...”

!Reklam – Yazi

“Elə ailələr də var, ac qalır, bir tikə çörəyi beş uşaq arasında bölür, amma nəyinsə xatirinə qızlarını başlarından etmirlər”

Bu fikirləri son vaxtlar ölkədə azyaşlı qızların ərə verilməsi faktlarının sürətlə artmasına reaksiya verən Əməkdar artist Suğra Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa bu məsələdə ilk növbədə valideynlərin məsuliyyət daşıdığını bildirərək, onları günahlandırıb:

“Bu, olduqca ciddi problemdir. Burada ailənin üzərinə böyük məsuliyyət düşür və azyaşlı qızların ərə verilməsində günahkar elə birbaşa ailədir. Ona görə cəmiyyəti günahlandırmaq doğru deyil.

Bəzən valideynlər kasıblığı bəhanə gətirərək öz azyaşlı qızlarını ərə verirlər ki, ailənin yükü azalsın. Yaxud da qızlarını elə imkanlı ailənin oğlu ilə evləndirirlər ki, sonradan həmin ailə onlara maddi dəstək ola bilsin.

Amma elə ailələr də var, ac qalır, bir tikə çörəyi beş uşaq arasında bölür, amma nəyinsə xatirinə qızlarını başlarından etmirlər. Heç vaxt da bunu etməzlər, çünki başa düşürlər ki, övladların taleyi ilə oynamaq olmaz.

8-ci sinif şagirdini ərə vermək olar? Belə cahillik olar? Biz hətta ali məktəbi bitirdikdə, atam deyirdi, qızlarım bir-iki il işləsin, əlləri çörəyə çatsın sonra ailə qurarlar. Bilmirəm, bu camaata nə olub, azyaşlı qızlarını belə erkən nikaha məcbur edirlər. Qəti şəkildə bunun əleyhinəyəm”.

Cəvahir

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv