!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan ONU QINAYANLARA: “Sağ əlim başınıza” - VİDEO

!Reklam – Yazi

Tanınmış aktrisa Sonaxanım Əliyevanın efirdə söylədiyi “anam içki içəndə özünü itirirdi, evdə dava-dalaş salırdı” fikirləri birmənalı qarşılanmayıb. Aktrisa ailədaxili problemləri barədə efirdə danışdığına görə sosial şəbəkələrdə sərt tənqidlərə tuş gəlib.

Yenicag.az-a açıqlama verən aktrisa onu qınayanların cavabını verib:

“Məni tənqid edənlərə demək istəyirəm ki, sağ əlim sizin başınıza… Bu həyat özümündür, özümə görə yaşayıram. Heç kimə də hesab verməyə borclu deyiləm. Mən də zamanında susdum, susdum, amma axırda dözə bilmədim. Qardaşım üstümə gələndən sonra isə gördüm ki, susmağın yeri yoxdur. Vəssalam. Kim məni qınayır, kim mənim bu addımıma qarşı çıxır, özü bilər. Həmin insanlar dönüb öz keçmişlərinə baxsınlar. Onda görəcəklər ki, məni qınaq atəşinə tutan o adamların keçmiş həyatları çirkab içindədir. Öz dərdlərini çəksinlər, başqalarının həyatına burun soxmasınlar.”

Qeyd edək ki, aktrisa efirdə anasının daim içki qəbul etdiyini və onu azyaşlı körpəsi ilə küçələrə atdığını etiraf edib.

Cəvahir

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv