!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan QINAQ ATƏŞİ: “Deyir, bunları çox qudurtmayın...”

!Reklam – Yazi

“Türkiyə, Rusiya və digər ölkələrin aktyorları ilə müqayisədə azərbaycanlı aktyorların həm yaşayış tərzi, həm dolanışığı, həm də aldıqları qonorarın məbləği çox fərqlidir”.

Bunu aktrisa Günəş Mehdizadə Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, çəkiliş meydançasında olan şərait də fərqlidir:

“Qardaş Türkiyədə seriallara çəkilən aktyorun aldığı qonorar yüksəkdir. Çəkiliş meydançasında dincəlməsi üçün yaradılan şərait də müqayisə edilməzdir”.

Aktrisa bu məsələdə daha çox özümüzünküləri qınayıb:

“Bunun ən böyük səbəbkarı elə özümüzünkülərdir. Çünki hətta xarici kinemotoqrafçılar da bura gələndə bizim prodüserlər onlara deyir ki, bunları çox qudurtmayın, onsuz da Azərbaycanda filan məbləğə çəkilirlər. Onları da ayıldırlar ki, bizdə durum belədir, birdən çox pul verərsiz, verməyin.

Əlbəttə, aktrisa kimi məni və həmkarlarımı narahat edən məsələlər çoxdur. Biz digər ölkələrin aktyorları ilə müqayisədə daha çox əziyyət çəkirik. Söhbət qonorardan əlavə, həm də çəkiliş meydançasındakı şəraitdən və digər məsələlərdən gedir. Türkiyədə aktyorlara çəkiliş meydançasında hər cür şərait yarıdılır. Rahatlıqları təmin olunur. Amma biz hansı şəraitdə çəkilirik?.. Soyuq, isti havalarda dincəlmədən, şəraitsiz yerlərdə çəkilirik. Aktyorlar üçün ayrıca karavanlar olmur ki, aktyor çəkilişarası dincəlsin. Biz digər ölkələrin aktyor və aktrisalarından qat-qat aşağı səviyyədə olan şəraitdə çox əziyyətlər çəkirik”.

Cəvahir

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv