!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan SƏRT AÇIQLAMA: “Erkən nikahlar cəmiyyəti məhvə aparır” - FOTO

!Reklam – Yazi

Abşeron rayonunun Hökməli qəsəbəsində 26 yaşlı oğlanın nişanlısı olan 16 yaşlı qızın başını kəsib öldürməsi erkən nikahlarla bağlı problemi yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış aktrisa Vəfa Zülfüqarlı məktəbli qızların ərə verilməsi, erkən yaşda ana olması kimi halların getdikcə artdığını təəssüf hissi ilə bildirib:

“13-14 yaşlı qızların ərə verilməsi, ana olması kimi kimi halların getdikcə artması cəmiyyətin məhvə doğru getməsi deməkdir. O yaşda qızın hələ bədəni formalaşmayıb, amma ana olur. Müasir telefon və texnologiyaların da bu məsələdə təsiri çoxdur. Gördükləri, eşitdikləri birbaşa yeniyetmələrin beyinlərinə təsirini göstərir. Özlərini Avropada yaşayan yeniyetmələrlə müqayisə edirlər. Xaricdə yaşıdlarımız belə həyat tərzi sürür, biz niyə o “qlamur həyat”ı yaşamayaq deyib yola çıxırlar. Amma nəticə çox acınacaqlı olur. Mentalitetimizə, millətimizə xas olmayan həyat tərzi arzusu ilə yaşamağın acı sonluğu da göz qabağındadır. Erkən nikah, arzu olunmayan hamiləlik halları baş alıb gedir. 13-14 yaşlı uşağı aparıb xəstəxanada abort etdirmək də olmur. Həmin vaxt ya polis çağıracaqlar, ya da məsələnin kökünü araşdıracaqlar. Ona görə də həmin qızlar məcbur qalıb uşağı dünyaya gətirirlər, ya da süni yollarla uşağı tələf edirlər. Bu da cəmiyyətin məhvinə gətirib çıxarır. Valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbyaşlı qızlarına nəzarət etməlidir. Onlara ilk növbədə təhsil verməlidirlər ki, gələcədə cəmiyyətdə özlərinə yer tuta bilsinlər”.

Cəvahir

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv