!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan SƏRT AÇIQLAMA: “Pulu yediyiniz kimi yedirməyi də bacarın”

!Reklam – Yazi

“Pulu yeyənlər, yedikləri kimi yedirməyi də bacarsınlar”.

Bunu aktyor və aktrisaların aldıqları aşağı qonorarla bağlı fikirlərini bölüşərkən tanınmış müğənni Cəmilə Tağızadə Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa bir çox sənət adamlarının məcburiyyətdən aşağı məbləğ qonorara serial və filmlərə çəkildiyini təəssüf hissi ilə bildirib:

“Azərbaycanda hansı seriala, hansı filmə çəkilirsən çəkil, özünə nə qədər hörmət edən aktyor, aktrisa olursan ol, istədiyin qonorarı sənə verməyəcəklər. Çəkilməyəcəksənsə də işsiz və pulsuz qalacaqsan. Buna görə də çox adam məcburiyyətdən aşağı məbləğə seriallara çəkilir. Məni bir seriala dəvət etmişdilər, Türkiyədə çəkəcəkdilər. Mən öz qonorarımı dedim ki, aşağısı 1000-1500 manat olsun. Mənə cavab bu oldu ki, məgər siz xalq artistisiz ki, bu qədər qonorar istəyirsiz? Guya ki, bunlar xalq artistinə 2000 pul verirlər, xəbərimiz yoxdur. Dedim, xalq artisti deyiləm, amma özünə hörmət edən, öz yaş təbəqəmə görə ən tanınmış və istedadlı aktrisayam. Dedilər, yox, bizim verəcəyimiz pul ayda 400-500 manatdır. Həftənin 5 günü az qala 20 saatlıq çəkiliş olur, kim gəlib bu qiymətə çəkilər? 500 manata mən tələbə vaxtımda çəkilirdim. Sənətə yeni başlayan aktrisa deyiləm ki, deyim, hə gəlib bu qiymətə çəkilim, başqa yerlərə çəkilmək üçün mənə reklam lazımdır.

Yəni sözümün canı budur ki, bir neçə layihəyə dəvət alırsan, çəkilməyəndə qalırsan işsiz, pulsuz-parasız. Çəkilənlər də məcburiyyətdən çəkilir. İnsanlar ailə saxlamalıdır. Mənim ailəmi saxlayan həyat yoldaşım var, yaşam səviyyəm ortadır. Amma kişi xeylağıdır, uşağını, ailəsini saxlamalıdır, məcburdur, gedib istənilən qiymətə çəkilsin. Eləcə də aktrisalar. Pulu basıb yeyənlər, yedikləri kimi yedirməyi də bacarsınlar”.

Cəvahir

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv