!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan SƏRT AÇIQLAMA: “Xeyir ola, qadın kişinin hambalıdır?”

!Reklam – Yazi

“Əgər kişi qadının xəyanətini bağışlamırsa, qadın da bağışlamamalıdır”.

Bunu Aşıq Zülfiyyənin “Ailəyə, uşaqlara, qınaqlara görə xəyanəti bağışlamaq olar, mən bağışlayardım” fikrinə münasibət bildirərkən tanınmış aktrisa Cəmilə Tağızadə Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa xəyanət edən kişilərlə bağlı sərt fikirlər səsləndirib:

“Əgər kişi qadının xəyanətini bağışlamırsa, qadın da kişinin xəyanətini bağışlamamalıdır. Kişinin ailədə hansı üstünlüyü var ki? Ailənin yükünü bərabər daşıyırlar. Qadın niyə dözməlidir? Dözə-dözə ömür gedir. Əgər qadının xəyanətinə cəmiyyət pis baxırsa, elə kişinin də xəyanətinə pis baxmalıdır. Baxırsan, bir kişinin arvadı, 4-5 sevgilisi, kənarda saxladığı qadını var. Hələ mən adamlar tanıyıram ki, ailəsinin, uşağının boğazından kəsib sevgililərinə yedirir. Dindirəndə də deyir ki, müsəlmançılıqda bir kişiyə “dörd arvad almağ”a icazə var. Əgər belə müsəlmançılığın varsa, dörd arvadın dördünə də ideal baxmalısan. Yoxsa ki, arvadının boğzından kəsib sevgililərinə yedirəcək, onlara kef çəkdirəcək, arvad-uşaq da ac qalacaq? Elə şey yoxdur. Azərbaycanda da belə müsəlmançılıqla gedilmədiyi üçün qəti sürətdə bu şeylərlə razı deyiləm. Ondansa, boşansınlar, kişi alimentini ödəsin, qadın da gedib öz həyatını yaşasın. Bəyəm qadının özəl həyatını yaşamağa, zövq almağa ixtiyarı yoxdur? Mən qadınlar tanıyıram ki, əri başqa qadınlarlarla gəzir, amma qadın illərdir dözüb oturur. Adı olsun ki, ailəlidir. Amma bədbəxtdir. Sevgi, eşq, ehtiras ancaq elə kişi üçündür? Qadın yalnız uşaq doğmalı, hamballıq etməlidir? Qadın kölə, nökərdir, kişinin hambalıdır?

Əgər ər-arvad yola getmirsə, əri ona xəyanət edirsə, ən gözəli ayrılmaqdır. Ailə üçün fədakarlıq etməyən kişi isə ümumiyyətlə evlənməsin. Camaatın qızını bədbəxt etməsin”.

Cəvahir

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv