!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan XƏYANƏTƏ ÜSYAN: “Xeyir ola, kişi edə bilər, amma qadın yox?”

!Reklam – Yazi

“Empatini qura bilsə, kişi anlayar ki, həyatındakı qadına xəyanət etmək olmaz”.

Bu fikirləri xəyanətin qəbuledilməzliyi haqda danışan tanınmış aktrisa Xuraman Nicat Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa “kişinin xəyanəti qəbul olunan, qadının xəyanəti isə bağışlanmazdır” fikrinə qarşı çıxıb:

“Xəyanət mövzusunda mənim öz fikrim var və mənimlə razılaşanlar da var, razılaşmayanlar da. Qadın və kişi eyni hüquqa malikdir. Heç kimin haqqı heç kimdən üstün deyil. Sadəcə, bəzi toplumlarda, ailələrdə və düşüncələrdə kişi bir addım qadından öndədir. Bunu hamımız görürük.

Amma bu ona əsas vermir ki, kişiyə hər şey olar, amma qadına olmaz. Niyə, xeyir ola? Məncə, “kişi xəyanət edər, qəbul olunar, qadın xəyanət edər, bağışlanmaz”, – deyə bir ehkam yoxdur. Heç dünyada belə bir şey yoxdur. Varsa, gətirin önümüzə qoyun. Heç dinimizdə də belə şey yoxdur. İslamda da qadınla kişinin eyni hüquqa malik olduğu bildirilir.

Bu qalır insanların vicdanına, eləcə də kişilərin. Heç birini suçlamaq fikrində deyiləm. Xəyanət edən kişi də var, qadın da. Amma burada bəzən qadınlardan fərqli olaraq, kişilər daha ön plana çıxır. Bəzən deyirlər ki, kişilərə hər şey olar, qadınlara olmaz.

Kişilər bu sualıma cavab versinlər ki, niyə onlara xəyanət etmək olar, amma qadına yox? Xəyanətin adı üstündədir, bunun başqa adı yoxdur. Bir kişi xəyanət edirsə, empati yaratsın. Həmin qadını öz yerinə qoysun, düşünsün ki, qadını da ona xəyanət edir. Hansı hissləri keçirər? Bu empatini qura bilsə, kişi anlayar ki, həyatındakı qadına xəyanət etmək olmaz.

Eşitdiyim və oxuduğum bir hədisi xatırladım: bir gün Məhəmməd Peyğəmbərin yanına bir sərxoş insan gəlir, deyir, ya Peyğəmbər, mən zina etmək istəyirəm. Peyğəmbər soruşur ki, niyə xəyanət etmək istəyirsən? Deyir, səbəbini bilmirəm.

Rəsulumuz ona deyir, sənə üç sual verəcəm, bu suallardan sonra hidayət olmasan, artıq səni Allahıma həvalə edəcəm. Deyir, ananla, qızınla, bacınla zina edərsən? Həmin insan hər üç suala “tövbə, əstəğfürullah”, – deyir.

O zaman Rəsulumuz soruşur ki, bəs onda niyə zina etmək istəyirsən? Sənin xəyanət etdiyin birinin anası, birinin bacısı, birinin qızıdır. Bu, çox gözəl bir ibrətdir. Bunu düşünən kişi heç vaxt xəyanət etməz.

Həyat bir bumeranqdır. Nə etsək, hərlənib-fırlanıb bizə dönüş edir. İstər xəyanət, istər şər-böhtan hərlənib fırlanıb yenə ailənə qayıdacaq. Mütləq aşında olacaq və bir gün qaşığına çıxacaq”.

Cəvahir

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv