!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisanı əsəbləşdirən BAYAĞILIQ: “Belə şeyləri görəndə nəinki verilişlərə çıxmaq, heç...”

!Reklam – Yazi

“O qədər yazıçılarımız var, götürün onların əsərlərini ekranlaşdırın, ortaya səviyyəli iş çıxarın”.

Bu sözləri Əməkdar artist Hicran Nəsirova Yenicag.az-a açıqlamasında deyib.

Son vaxtlar seriallara çəkilmədiyini deyən aktrisa bunun səbəblərini də izah edib:

“Hər seriala çəkilmirəm. Nə qədər olar, çevir tatı, vur tatı. Keyfiyyətli ssenari olmalıdır. Özləri cızma-qara edib nəsə çəkirlər. O qədər yazıçılarımız var, götürün onların əsərlərini ekranlaşdırın, ortaya səviyyəli iş çıxarın. Nə qonorar qane edir, nə də ssenari…Buna görə də çəkilib oturmuşam evdə.

Yaradıcı insanam, mən də işimdən zövq alıram. Çox istərdim çəkilim, gözəl obrazlar yaradım , həm tamaşaçıya zövq verim, həm də özüm ruhlanım. Amma yoxdur belə keyfiyyətli işlər…”

Aktrisa efirlərdə baş alıb gedən məişət, bazar sözbətlərindən cana doyduğunu, buna görə də verilişlərə çıxmadığını deyib:

“Aparıcı verişinə çağırdığı qonağa sual verir ki, kostyumunun qiyməti neçəyədir, üstündəki qızıllara nə qədər pul vermisən? Ayıbdır, vallah… Sən onun sənəti barədə sual ver, nəyinə lazımdır geyindikləri, üst-başındakı zinət əşyalarının qiyməti.

Yaxud da verilişə qonaq çağırır, sənəti olmayan bir müğənnini tərifləyib göylərə qaldırır. Sənəti olan da oturub sakitcə baxır. Bu dəqiqə sosial şəbəkələrdə, efirlərdə səsi olmayan müğənnilər meydan sulayır.

Bir də görürsən, hansısa müğənnini studiyaya dəvət etməzdən əvvəl elə tərifləyir, elə yüksəkliyə qaldırır, elə təqdim edir, deyirsən ilahi, görəsən hansı sənətkardan söhbət gedir?

Görəndə deyirsən, budur sənətkar? Yaxşı, bu sənətkardırsa, onda əsl sənətkarlar kimdir? Belə şeyləri görəndə nəinki verilişlərə çıxmaq, televizoru açmaq belə istəmirsən. Bəzən də aldadıb çağırırlar, gedəndə görürsən yenə eyni bazar söhbətləri…”

Cəvahir

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv