!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisanın elə görüntüləri yayıldı ki... – FOTO/VİDEO

!Reklam – Yazi

Türkiyənin populyar aktrisası Meryem Üzerli yeni layihəsi ilə gündəmə gəlib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaşlı aktrisa reklam çəkilişi üçün kamera qarşısına keçib.

O, çəkilişdən etdiyi görüntüləri “Instagram” hesabından paylaşıb. Videoda aktrisanın tək şalvarda poza verdiyi əks olunub.

“Muhteşem Yüzyıl” serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisanın izləyiciləri onun videosunun altına “Çox gözəl”, “Əsl Hürrəm Sultan”, kimi şərhlər yazıblar.

Reklam çarxında Üzerlinin vanna otağında, eyvanda və yataq otağında təsvirləri yer alıb.

Qeyd edək ki, aktrisa sevgilisi və iki qızı ilə birgə gözlərdən uzaq həyat tərzi keçirir.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv