!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisanın XARİZMA ETALONU: “Səhnə yaraşıqlı simaları sevsə də...”

!Reklam – Yazi

“Bəzən isə zahirən elə də gözəl olmayan bir sənət adamı daxili aləminə görə tamaşaçının gözündə tamamilə dəyişir”.

Bu fikirləri sənət adamları üçün zahiri görünüşün əhəmiyyəti haqda danışan tanınmış aktrisa Mənsurə Əhmədova  Yenicag.az-a açıqlamasında deyib.

O, zahiri görünüşdən asılı olmayaraq, istedadın hər zaman ön plana çıxdığını vurğulayıb:

“Şans heç də həmişə göydən düşmür. Hətta deyərdim ki, şans çox vaxt başqalarının qərarından da asılı olaraq yaranır. Bəli, etiraf edim ki, şansın olması bir sənət adamı üçün çox önəmlidir. Amma istedadın olması da vacib şərtdir.

Şans istedada uyğun olaraq verilsə, zəhmət də hədər getməz. O ki qaldı aktrisa və aktyorun zahiri görünüşünə… Bəli, aktrisanın gözəl olması üstünlükdür. Hər kəs bilir ki, səhnə, kamera yaraşıqlı, maraqlı simaları sevir. Amma sonucda yenə də insanın bacarığı və istedadı ön plana çıxır. Əgər aktyor və aktrisanın istedadı yoxdursa, o gözəllik də gözə görünmür.

Bəzən isə zahirən elə də gözəl olmayan bir sənət adamı daxili aləminə görə tamaşaçının gözündə tamamilə dəyişir. Elə bir enerji və xarizmaya sahib sahib olur ki, zahiri görünüşü də tam fərqli qəbul edilir, insanın gözündə gözəlləşir və çox çəkici görünür”.

Cəvahir

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv