!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Abır-həya elə şeydir, onu marketdən, bazardan almaq olmur”

!Reklam – Yazi

“Abır-həya kökdən gəlir. Onu nə bazardan, nə də marketdən almaq olar”.

Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor var-dövlətə, qazanca görə həyasını itirmədiyini, mənliyinə xəyanət etmədiyini bildirib:

“Heç vaxt öndə olmaq üçün abır-həyamı itirmədim. Təəssüflər olsun ki, bu gün insanlar gördüyü işlərdən daha çox, qazancı, var-dövləti, sürdüyü maşını ilə öyünür. Avtomobilinin qiyməti, nömrəsi ilə fəxr edən insanlar var. Hətta telefonunlarının nömrəsini belə fəxarətlə söyləyirlər.

İnsan bu dünyaya yaşamaq üçün gəlir. Sonunda varlı da dünyasını dəyişir, kasıb da. Mənim varım-dövlətim sənətimdir.

Bəzən mənə deyirlər ki, niyə indiyə qədər fəxri adlarınız yoxdur? Buna görə niyə danışmır, susursuz, axı sizin buna haqqınız çatır?

Tanıyanlar xasiyyətimi gözəl bilir. Çətinliklərim olur, səhhətimlə bağlı problemlər yaşayıram. Amma heç vaxt qapı döyməmişəm. Ağız açmaq mənlik deyil. Fəxri ad alanların da Allah canını sağ eləsin. Kim necə, hansı yollarla adlar alıb, özləri bilər. Mən intriqa adamı deyiləm. Bu sənətə gəlməyimə heç də peşman deyiləm. Sənətimlə kimlərinsə yaddaşında varamsa, bu, mənə bəsdir. Kim istəməz ki, zəhmətinin bəhrəsini dadsın? Mən də illərimi bu sənətə verdim, sağlamlığımı itirdim. Amma inanıram ki, nə vaxtsa mən də öndə olar, istəklərimə çataram”.

Cəvahir

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv