!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor Ağaxan Salmanlı barədə: “Ölümünü necə arzulamışdısa, elə də oldu” - FOTO

!Reklam – Yazi

“Tanrı onun səsini eşitdi, necə arzuladısa, o cür də bu həyatla vidalaşdı”.

Bunu bu gün doğum günü olan mərhum Xalq artisti Ağaxan Salmanlı ilə bağlı xatirələrini bölüşərkən Əməkdar artist İlham Əsədov Yenicag.az-a açıqlamasında deyib.

İ.Əsədov Ağaxan Salmanlının Allahdan ən böyük istəyini də dilə gətirib:

“Ağaxan Salmanlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bütün gənclərin ustadı idi. O, bütün obrazları öznünəməxsus bir koloritlə oynayıb. Tamaşaçı qəlbində yeri olan bir aktyor idi. Eyni zamanda gözəl pedaqoq idi.

Çox həssas insan idi. Bizimlə söhbətlərində həmişə deyirdi ki, kaş, bu dünyanı gülə-gülə tərk edim; oynayım, gülüm, danışım və səhər gözümü yumub bu həyatla vidalaşım. Heç vaxt ailəsini xəstəliyi ilə incitmək istəmirdi. Allah onun səsini eşitdi. Çox qəribədir ki, o, arzuladığı kimi dünyasını dəyişdi. Axşam nəvəsinin toyunda oynadıq, güldük danışdıq. O qədər xoşbəxt idi ki, bunu sözlə ifadə etmək belə çətindir. Səhəri gün eşitdik ki, Ağaxan müəllim qəfildən dünyasını dəyişib. Bu xəbər hamımızı sarsıtdı. Çünki heç ağlımızdan da keçməzdi ki, onu çox qısa vaxtda itirəcəyik. Möhtəşəm aktyor idi. Ondan öyrəniləsi çox şeylər var idi. Bu gün 80 illik yubileyi idi. Bir qrup aktyor elə məzarı üstə gedib onu yad etdik. Teatrımızda hər zaman onun yeri görünəcək. Elə sevənlərinin də ürəyində”.

Cəvahir

www.yenicag.az

1292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv