!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Allahdan ən böyük mükafatım ailəmdir”

!Reklam – Yazi

“Rəqəmlər mənim üçün yalnız pasportda əhəmiyyət daşıyır. Çünki insanın iki yaşı olur- biri təqvim, biri də ruhunun yaşı. Ruhumun yaşı çox cavandır, çılğındır, həyat doludur”.

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Firdovsi Atakişiyev doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

“Ruhum yaşamağı, ətrafındakı insanları sevir. Əgər sən sevirsənsə, heç vaxt qocalmırsan. Əgər nəsə arzulayırsansa, hələ yaşayacaqsan. Çünki insanın həyatı o zaman bitir ki, arzuları bitir. Amma mənim arzularım, düşüncələrim hamısı sabahla bağlıdır. Mənim üçün maraqlıdır, gələcəkdə nələr olacaq, ona görə də yaşamaq istəyirəm ki, onu görüm”, – deyə F. Atakişiyev qeyd edib.

“Arzuladığınız, amma hələ oynamadığınız rollar varmı?” sualına aktyorun cavabı belə olub:

“Heç vaxt heç bir rol haqqında fikirləşməmişəm, hansısa rolun xiffətini, həsrətini çəkməmişəm ki, kaş o rolu oynayaydım. Həmişə bəxtimə, taleyimə gözəl rollar düşüb. Bu da Allahın mənə yazdığı gözəl yaradıcılıq taleyidir. Oynadığım obrazları hansısa aktyor arzulaya bilər, amma mənə o rollar qismət olub, səhnədə canlandırmışam.

Həm sənətdə, həm həyatda Allahın sevimli bəndəsiyəm deyə bilərəm. Allahdan ən böyük mükafatım, hədiyyəm ailəmdir – çox sevdiyim həyat yoldaşım Xalq artisti İrana xanım Tağızadə, oğlum Arman. Həm ata və həm də həyat yoldaşı kimi çox xoşbəxtəm”.

Cəvahir

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv