!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Bahalı maşını ilə özünü reklam edənləri yalnız kütlə tanıyır”

!Reklam – Yazi

“Şou-biznesdə geyim-keçimləri, bahalı maşınları, bayağı ifası ilə tanınlar çoxdur. Amma onları yalnız kütlə tanıyır…”

Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

Sənətdən, yaradıcılıqan aralı düşən aktyor film və seriallara çəkilmək istəsə də, rejissorlar tərəfindən dəvət almır. Bu isə səhhətində problemlər yaşayan aktyorun əhval-ruhiyyəsinə daha da mənfi təsir edir:

“Böyük məbləğdə büdcə ayrılmalıdır ki, rejissorlar film və seriallar çəkə bilsinlər. İstedadlı aktyorlarımız da var. Onlardan vaxtında istifadə etmək lazımdır. Durub ağlayım-sızlayım ki, məni niyə dəvət etmirlər, yox, bu mənim xarakterimə də yaddır. Yəqin, rejissorlar da belə hesab edir ki, peşəkar aktyorları filmlərə, seriallara çəkmək üçün uğurlu ssenarilər, tərəf müqabilləri olmalıdır. Hər şey çəkmək olar, amma sabun köpükləri çoxdur. Bir an parıldayır və elə göydə də partlayır. Əslində, belə olmamalıdır. Kino və teatr əbədi sənət növüdür. Milyonlarla insanın üz tutduğu mədəni məkandır. Mənim də bir aktyor kimi ən böyük arzum filmlərə, seriallara çəkilməkdir. Demirəm, naz edirəm, heç müraciət də edən olmayıb ki, gəl hansısa filmə çəkil. Yaş ötür, zaman gedir. Düşünürəm ki, bu zamanı boşuna otürmək olmaz. Baxmayaraq ki, səhhətimdə müəyyən problemlər var. Amma həmişə dəvətlərə açığam, çünki hələ də canım suludur. Ümidvaram ki, o gün mütləq gələcək”.

Aktyor bu gün bahalı avtomobilləri, evləri ilə gündəmə gələnləri də tənqid atəşinə tutub. Onların yalnız kütlə tərəfindən tanındığını da bildirib:

“Təəssüf ki, bu gün yalançı parıltılar çoxdur. Şou-biznesdə geyim-keçimləri, bahalı maşınları, bayağı ifası ilə tanınlar çoxdur. Amma onları daha çox kütlə tanıyır. Bu da o demək deyil ki, intellektual səviyyəsi olan tamaşaçı yoxdur. Var, özü də çox dərindən düşünən, kino, teatr üçün ac olan milyonlarla zövqlü tamaşaçılar var. Onlar səbirsizliklə əsil sənət nümunələri gözləyirlər. Ümidsizlik insanı uçuruma aparır. Mən də ümidimi itirmirəm. Ömrümü Azərbaycan mədəniyyətinə həsr etmişəm, nə qədər yaşasam, yenə də həsr etməyə hazıram”.

Cəvahir

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv