!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyor: “Heç vaxt fəxri ad üçün yaşamamışam, amma...”

!Reklam – Yazi

“Rəqəmlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Yaş 20 olsun, ya 60. Əslində heç özümü bu yaşda hiss etmirəm. Həm də yaş artdıqca insan Allaha daha da bir addım yaxınlaşır. Aldığımız hər nəfəs Allahın bizə lütfüdür, buna şükür etməliyik”.

Bunu yubiley təəssüratlarını bölüşərkən tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Həm teatr kollektivi, həm də ailəsində 60 illik yubileyi təmtəraqla qeyd olunan aktyor ən böyük arzusunu da dilə gətirib.

“Ən böyük arzum övladlarımın toyunu, həm də nəvə görməkdir. Çünki tay-tuşlarımın çoxu babalıq sevincini yaşayır. Gec evlənmişəm və gec evlənməyin də bir bəlası budur. Belə bir söz var, tez evlənənlə, tez yuxudan duran irəli düşür, uduzmur. Amma buna da şükür. İki övladım var, onların xoş gününü görmək arzusundayam. Sənətimə gəlincə, çox vaxt müsahibələr zamanı məni əməkdar artist kimi təqdim edirlər. Amma fəxri ad almamışam. Heç vaxt fəxri ad üçün yaşamamışam. Çünki sevərək, bu sənətə gəlmişəm. Amma təbii ki, hər bir yaradıcı insanın arzusudur ki, zəhmətinin bəhrəsini dadsın. Verərlər verərlər, verməsələr də, heç olmasa, desinlər bir nəfər təmiz adam qalıb”.

Cəvahir

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv