!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lavrovun dedikləri Azərbaycanı şantaj etməkdən başqa bir şey deyil" - ŞƏRH

!Reklam – Yazi

“Qarabağda məskunlaşma başlayandan sonra və əhali orada yaşayandan sonra Ermənistanda hakimiyyətə gəlmək üçün pusquda duran müxəlifət də neytrallaşmış olacaq”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan sürətli şəkildə Qarabağda məskunlaşmanı başlatmalıdır:

“Putin, Paşinyan və İlham Əliyev müəyyən məsələləri razılaşdırıblar. Hadisələr inkişaf edir, vəziyyət dəyişir. Azərbaycan çalışır, öz mövqelərini gücləndirsin. Azərbaycanın mövqeləri güclənəndə, təbii ki, Rusiya və Ermənistanın mövqeləri zəifləməlidir. İndiyə qədər Azərbaycanın hesabına güclü idilər. Azərbaycan suveren hüququnu bərpa edəndə Rusiya və Ermənistanın ağalığına son qoyulur. Bu isə Putinin xoşuna gəlmir. Ona görə də şantaja keçiblər.

Azərbaycan göstərir ki, ərazi bütövlüyünün bərpasında qətiyyətlidir və geri çəkilməyəcək. Bu isə Rusiyanın qətiyyən xoşuna gəlmir. Ona görə müxtəlif təxribatlara əl atırlar.

Düşünürəm ki, məsələnin tez zamanda həlli üçün Azərbaycan Qarabağa sürətli məskunlaşmanı təmin etməlidir. Qarabağ bərpa olunmalıdır. Demirəm, 1 milyondan çox məcburi köçkünün hamısı eyni vaxtda ora qayıtsın. 300-400 min əhali ora köçsə, 20-30 minlik ermənilər nə edəcək? Qarabağda məskunlaşma başlayandan sonra və əhali orada yaşayandan sonra Ermənistanda hakimiyyətə gəlmək üçün pusquda duran müxəlifət də neytrallaşmış olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

17043
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv