!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Rejissor bunu məcburiyyətdən edir”

!Reklam – Yazi

“Peşəkarlara verilən qonorar qeyri-peşəkarlara verilmir”.

Bunu tanınmış aktyor Əjdər Zeynalov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor qeyri-peşəkarların film və seriallara çəkilməsinin səbəbləri barədə danışıb:

“Mən hər zaman peşəkarlara üstünlük vermişəm və heçab edirəm ki, hər hansı film və serial çəkilişlərində yalnız savadlı, təhsil görmüş, peşəkar sənət adamlarına üstünlük verilməlidir. Peşəkar aktyor və aktrisalarla çalışmaq rejissorların özünə də rahatdır. Eyni zamanda ərsəyə gələn filmin, yaxud da digər ekran işinin uğuru deməkdir.

Rejissorların qeyri-peşəkarlara üstünlük vermələrinin də səbəbi var. Bu, birbaşa maddiyyatla bağlıdır. Peşəkarlara verilən qonorar qeyri-peşəkarlara verilmir. Buna görə də rejissor məcbur olub qeyri-peşəkar aktyor və aktrisaları öz filmlərinə dəvət edir və nəticədə də onlara az məbləğdə qonorar ödəyirlər”.

Cəvahir

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv