!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyor VƏFAT ETDİ - FOTO

!Reklam – Yazi

“Rokki” filminin aktyoru vəfat edib

Yenicag.az xəbər verir ki, məşhur amerikalı aktyor, prodüser və rejissor Karl Uezers 76 yaşında vəfat edib.

“Karl Uezersin vəfatı bizi dərindən kədərləndirdi. O, 1 fevral 2024-cü il vəfat etdi. … Karl qeyri-adi həyat sürən müstəsna bir insan idi. Kino, televiziya və kinoya verdiyi töhfələrlə incəsənətdə, idmanda silinməz iz buraxdı və “bütün dünyada tanındı. O, sevimli qardaş, ata, baba, tərəfdaş və dost idi”, – onun ailəsi açıqlamasında deyib.

Uezers 14 yanvar 1948-ci ildə Yeni Orleanda anadan olub. Amerika futbolu ilə ciddi məşğul olub, lakin artıq 1974-cü ildə özünü aktyorluğa həsr etmək qərarına gəlib.

O, karyerası ərzində 75-dən çox film və teleşouya çəkilib. Daha çox Silvester Stallone ilə birlikdə çəkildiyi ilk dörd “Rokki” filmindəki Apollon Kred rolu ilə tanınır. Karl Uezers, həmçinin “Yırtıcı” filmində rol oynayıb.

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv