!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyora AĞIR İTKİ: “Təcili yardım çağırdıq, amma gec idi” - FOTO

!Reklam – Yazi

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevə ağır itki üz verib. Sənətçinin atası Atababa Hacıyev dünyasını dəyişib.

Yenicag.az-a açıqlama verən aktyor atasının insult nəticəsində dünyasını dəyişdiyini bildirib:

“Ciddi bir xəstəliyi yox idi. Heç vaxt təzyiqdən də əziyyət çəkməyib. Son vaxtlar baş verən hadisələr, şəhid xəbərlərinə çox üzülürdü. Elə sonuncu dəfə də mənimlə bu barədə danışdı. Söhbətləşib ayrıldıq. Səhərə yaxın halı pisləşib, təcili yardım çağırdıq, amma gec idi. Həkimlər onu insult vurduğunu dedilər. Ayın 21-i ad günü olacaqdı, amma ölüm onu bizdən aldı. Çox ağırdır, ata itkisinin ağırlığı sözlə ifadə edilə bilməz”.

Cəvahir

www.yenicag.az

934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv