Tanınmış aktyora qarşı HAQSIZLIQ: “Yolumu kəsməsəydi, indi…”

“Vaxtında pedaqoq kimi fəaliyyət göstərəcəkdim, amma imkan vermədilər”.

Bu fikirləri tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor illər öncə ona pislik edən, badalaq vuran həmkarlarından danışıb:

“Elə aktyor var, gözəl sənətkardır, lakin ondan pedaqoq olmaz. Mən həm də yaxşı pedaqoq ola bilərdim. Olacaqdım da… Bu gün mənim hazırlaşdırdığım uşaqlar univeresitetə qəbul olunublar, çoxu mənim kimi əməkdar artistdir. Amma mən pedaqoq ola bilmədim, qoymadılar.

Xalq artisti Şəfiqə Məmmədova təxminən 20 il əvvəl yolda məni gördü və dedi ki, səni universitetə pedaqoq kimi dəvət etmək istəyirəm. Həmin vaxt o, Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri idi.

Mən də ürəyimin təmizliyindən bu təklif barədə çalışdığım teatrda danışdım. Yanında danışdığım o adam gedib Şəfiqə xanıma deyib ki, nəbadə Vahidi işə götürəsiniz, o heç bir tələbəyə qiymət yazmayacaq. O adam dünyasını dəyişib.

İndi pedaqoq kimi fəaliyyət göstərsəydim, heç səhnəyə çıxmasam da, fikir eləməzdim. Bu gün isə nə səhnədə rol verirlər, nə də filmlərə çəkilirəm. Bir aktyor üçün səhnədən kənarda qalmaq çox ağırdır”.

Cəvahir

COP29