!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan ACI ETİRAF: “Hörmətə mindirilən vaynerlər peşəkarları saya salmır”

!Reklam – Yazi

“İnsanların intellektual səviyyəsini yüksəltmək əvəzinə, o cür qeyri-peşəkarların sayəsində “planka”nı bir az da aşağı salırlar”.

Bu sözləri Akademik Milli Dram Teatrının aktyoru Ramin Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, qeyri-peşəkarların “meydanda at oynatdıqlarını”, əsl peşəkarların isə kənarda qaldıqlarını təəssüflə bildirib:

“Bu gün bəzi insanların çəkdikləri vaynlar sosial şəbəkələrdə yayılaraq baxış sayı yığır, sonra da həmin adamlar efirlərə ayaq açırlar.

Aparıcılar verilişlərdə onları bəh-bəhlə təqdim edib yuxarı başa keçirirlər. Həmin şəxslər də özlərini sənətkar kimi hiss edərək peşəkar aktyorlara yuxarıdan aşağı baxmağa başlayırlar.

Yəni onlar peşəkarları saya salmırlar. Bəzi rejissorlar da o adamları məşhur hesab edərək, öz filmlərinə çəkir. Elə ona görə də heç kəs bu gün çəkilən filmlərə bir dəfədən artıq baxmır.

Ancaq indikilərdən fərqli olaraq, vaxtilə çəkilən şedevr filmlərimizə hər dəfə baxdıqca, baxmaq istəyirsən. Bunun da səbəbi var. Çünki bu gün çəkilən kammersiya filmləri qeyri-peşəkarlarla doludur.

İnsanların intellektual səviyyəsini yüksəltmək əvəzinə, o cür qeyri-peşəkarların sayəsində “planka”nı bir az da aşağı salırlar. Sonra da deyirlər, Azərbaycanda kino sənəti yoxdur, ölüb və sair.

Azərbaycanda kino və aktyorluq sənəti əksər ölkələrlə müqayisədə daha üstündür. Bütün dövrlərdə belə olub. Amma bu gün faktdır ki, özfəaliyyət önə keçib, peşəkarlıq isə arxa plana atılıb”.

Cəvahir

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv