!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan Bəhramın fikirlərinə REAKSİYA: “Mədəniyyət kəndə, şəhərə baxmır”

!Reklam – Yazi

Əməkdar artist Bəhram Bağırzadənin “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” fikirləri ətrafında müzakirələr səngimək bilmir.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor Əjdər Zeynalov Bəhram Bağırzadənin kənd camaatı ilə bağlı deyilən fikirlərinə etirazını bildirib:

“Sosial şəbəkələrdə bu fikirlər birmənalı qarşılanmır, müzakirələr səngimir. Bu sözləri hərə bir cür qəbul edir. Bunu hər kəs bilir ki, mədəniyyət kəndə, şəhərə baxmır. Şəhərli deyəndə, guya kim şəhərlidir ki, hərəmiz bir bölgədən gəlmişik, sadəcə Bakıda məskunlaşmışıq. Araşdırsaq, elə 90 faiz insanların çoxu rayonlardan gələnlərdir. Düşünmürəm ki, Bəhram Bağırzadə bunu təhqir mənasında desin. Elə ziyalılarımızın əksəriyyəti də kəndlərdə doğulub boya-başa çatan insanlardır. Bəhram bir kəlmə söz işlədib və bu kəlmələri də hamıya şamil etmək olmaz. O, heç də kənd camaatını aşağılamır. Məncə bunu böyüdüb, filə çevirmək düzgün deyil”.

Cəvahir

www.yenicag.az

2979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv