!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan ETİRAF: “Rahat-rahat “yox” deyirəm, çünki…”

!Reklam – Yazi

“Kefiyyətsiz, ucuz filmlər, zəif rejissorlar və cılız ssenarilər olanda, eləcə də büdcə qane etmədiyi halda rahat-rahat “yox” deməyi bacarıram”.

Bunu tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi hər təklifə “hə” demədiyini də etiraf edib və bunun səbəblərini izah edib:

“Aktyor olaraq özümə qadağalarım çox deyil. Sadəcə olaraq, keyfiyyətsiz, ucuz filmlər, zəif rejissorlar və cılız ssenarilər olanda, eləcə də büdcə qane etmədiyi halda rahat-rahat “yox” deməyi bacarıram. Məsələn, serialların çoxuna yox demişəm, ona görə ki, qonorar qənaətbəxş olmayıb. Baxmışam ki, süjet xətti zəifdir, büdcəsi yetərincə olmadığından keyfiyyətsizdir. Çalışıram elə işlərdən qaçım.

Bəzən rejissorlar çox yaxın insanlar olduğundan bərabər işlər görmüşük. Amma artıq yaradıcılığımın elə bir mərhələsindəyəm ki, özümü ucuz işlərə xərcləmək istəmirəm. Fikrimcə, artıq bəsdir. Yaxşı, maraqlı, normal büdcəsi olan layihələr olsa, dəvət alsam, böyük məmnuniyyətlə, çəkilməyə razılıq verərəm. Olmaz da, canları sağ olsun”.

O, arzuladığı obrazlardan da danışıb:

“Tarixi filmlərdə oynamaq və tarixi qəhrəmanları canlandırmaq arzusundayam. Mənim üçün fərqi yoxdur, mənfi rolları da canlandıraram, müsbət rolları da… Sözsüz ki, müsbət qəhrəman daha yaxşıdır. Amma yenə də roldan asılıdır. Elə bir tutarlı mənfi obraz olar ki, onu məmnuniyyətlə oynayaram”.

Cəvahir

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv