!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan İRAD: “Bunu onlara yaraşdırmıram”

!Reklam – Yazi

“Həmin aktyora reklam etdiyi məhsulun siması kimi baxırlar…”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Kamran Yunis deyib.

O, reklama çəkilməyi aktyorlara yaraşdırmadığını bildirib:

“Reklama çəkilənləri qınamıram və heç buna haqqım da çatmır. Çünki reklama çəkilənlərin, xüsusən də aktyorların nə qədər maddi çətinlikləri olduğunu hamımız bilirik.

İllərlə Hamleti, İsgəndəri və digər məşhur obrazları oynayırsan. Elə bir şöhrət qazanmırsan. Amma hansısa bir sabunun, yuyucu tozun reklamına çəkilirsən, onunla məşhurlaşırsan. Harasa gedəndə də deyirlər, hə, filan sabunun reklamına çəkilən aktyor. Yəni yaddaşlarda onunla qalırsan. Həmin aktyora reklam etdiyi məhsulun siması kimi baxırlar.

Hesab edirəm ki, bu, aktyora yaraşmır. Bu, mənim subyektiv fikrimdir və kim necə istəyir elə də etsin. Özüm etmirəm. Toylarda tamadalıq etməyə üstünlük verirəm. Toy elədir ki, insanı istismar edir. Bu da sənin ruhundan xərclənir”.

Cəvahir

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv