!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyordan səhiyyədə RÜŞVƏT SİTƏMİ: "Hər şey üçün pul tələb olunur"

!Reklam – Yazi

“Tibb müəssisələri hər mənada iflic vəziyyətdədir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış aktyor, qiraətçi Kamal Yaşar özünün “Facebook” hesabında yazıb.

Aktyor aidiyyatı qurumlara müraciət edərək yarıtmaz səhiyyə sisteminin dövlətlə vətəndaş arasında uçurum yaratdığını qeyd edib:

“TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, istiqamətləndirdiyiniz tibb müəssisələri hər mənada iflic vəziyyətdədir. Yasamaldakı 19 saylı Şəhər Poliklinikasından göndərişlə 3 saylı Şəhər Klinik Xəstəxanasına gəlmişəm. İcbari kimi qeydə alsalar da, hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur. Bütün analizlər ödənişlidir. Bu da azmış kimi, laboratoriyalar bərbad vəziyyətdədir. Adi TSH və insulin analizləri o boyda dövlət xəstəxanasının laboratoriyasında yoxdur və oradan hamını özəl klinikalara istiqamətləndirirlər. Bu vəziyyətlərə nəzarət edin. Əks halda, vətəndaş və dövlət qurumları arasında narazılıqların yaranmasına səbəb olursunuz!”

Kamal Yaşar TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə saxladığını və problemin həll olunduğunu bildirib:

“Elnarə Baxış xanım tərəfindən TƏBİB adına əlaqə saxlanılandan sonra baş həkim mənimlə əlaqə saxladı, otağına dəvət etdi, pul tələb edən laboratoriya işçilərinə töhmət verdi və mənim yanlışlıqla özəl klinikaya istiqamətləndirildiyim zaman çəkdiyim xərcləri də özümə geri qaytardı”.

Maraqlıdır, görəsən, xəstəxananın baş həkimi bütün xəstələrlə Kamal Yaşarla davrandığı kimi davranırmı? Yoxsa onun bu davranışı aktyorun məşhurluğundan irəli gəlir? Hər halda, cavab aydındır.

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv