!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyordan SƏRT ETİRAZ: “Bu gün beton tökülür, 1 həftəyə 10 mərtəbə ucaldılır”

!Reklam – Yazi

“Baxırsan, bir günün içində binanın təməli tökülür, bir həftəyə, on günə 7-8-10 mərtəbə ucaldılıb. Nə vaxt beton bərkidi?.. Buna heç əhəmiyyət belə verilmir”.

Bunu yeni tikilən binaların keyfiyyətsizliyindən və tikinti normativlərinə cavab verməməsi səbəbindən əhali üçün təhlükə yaratmasından danışarkəntanınmış aktyor İlqar Musayev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor yenitikililərin birbaşa yoxlanılması üçün ayrı bir qurum – xüsusi nəzarət komitəsinin yaradılması üçün çağırış edib:

“Mən özüm həyət evində yaşayıram və bina evini xoşlamıram. Baxanda adamı vahimə basır. Yeni tikilən bina evlərinə heç güvənmirəm. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə bir göz qırpımında dağılan binaları və çoxsaylı insan tələfatını görəndən sonra həqiqətən də Azərbaycancanda yenitikililərin keyfiyyət məsələsi ciddi nəzarətə götürülməlidir.

Baxırsan, binalar kibrit qutusuna bənzəyir, içi boş kərpiclərlə tikilir, heç bilmirsən hansı armaturlardan, tikinti materiallarından istiafdə olunur. Bu otaqda danışanda o biri otaqda eşidilir. Əvvəlki binalar tikiləndə beton plitələrdən istifadə oulnurdu, möhkəmliyinə əmin olurdun. Amma təəssüf ki, indi belə deyil. Ümid edirəm ki, insanları təhlükədən qorumaq məqsədilə bizdə bir nəzarət komitəsi formalaşdırılar. Və həmin qurum binaları bir-bir yoxlayıb baxar ki, təhlükəsizlik üzrə texniki normativlərə cavab verirlər, ya yox. Amma tam qərəzsiz. Saxtakarlıqdan uzaq bir qurumu nəzərdə tuturam”.

Cəvahir

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv