!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan SƏRT SÖZLƏR: “Qeybətcil arvadlar kimi…”

!Reklam – Yazi

“Sənətlə qabağa gedə bilməyəcəklərini görəndə, yersiz qalmaqala və dava-şavaya başlayırlar. Süni qarşıdurma yaradıb, özlərini gündəmə gətirirlər…”

Bunu aktyor Türkay Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor verilişlərin də bu qalmaqallara həsr olunmasını təsadüf hesab etmədiyini bildirib:

“Elə insanlar var ki, verilişlərə planlaşdırılmış halda gedirlər. Çünki bilirlər ki, sənətlə qabağa gedə bilməyəcəklər, buna görə də ortaya dəxlisiz qalmaqallar, mənasız davalar, dedi-qodular atıb başlayırlar gündəmə gəlməyə. Bir-birini söyüb, sonradan bir-birindən üzr istəməklər artıq dəb halını alıb. Artıq verilişlərdə insanların sənəti, gördüyü iş yox, şəxsi qarderobu atmacalarla müzakirə olunmur. Buna görə də belə verilişlərə veriliş demirəm. Gecə saat 12-dən sonra baş qarışdırmaq üçün əhli-kef verilişdir. Şou ona deyirəm ki, orada sağlam rəqabət var. Qeybətcil arvadlar kimi bir-birinə daş atmaq, yalandan dalaşıb, bayıra çıxanda öpüb-qucaqlaşmaq insanlığa sığışmır. Elə verilişlərin heç birini ciddiyə almıram. Sənət adamı əgər özünə hörmət edirsə, belə mənasız dedi-qodu, qalmaqal və digər gündəm naminə verilən suala görə aparıcıya anında cavab verməlidir. Yoxsa hansısa aparıcının qabağında susmalı deyil. Şou xatirinə öz şərəfini itirməli deyil”.

Cəvahir

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv