!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyordan SOS SİQNALI: “Cinayəti gizlətmək özü də bir cinayətdir”

!Reklam – Yazi

“Kimlərsə daha yaxşı yaşamaq üçün onminlərlə insanın həyatına son qoydu. Heç bilmirəm onlar həm Allah, həm də qanun qarşısında necə cavab verəcəklər?”

Bunu tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor tikinti normativlərinə cavab verməyən binaların tikintisinə qərar verən şirkət rəhbərlərinin ən ağır cəzaya məhkum olunmasını tələb edib:

“Bu, çox böyük faciədir. Təbii fəlakətdir, amma təbii fəlakətin daha böyük fəlakətə çevrilməsinə insan özü də səbəb yaradır. Tikinti normativlərinə cavab verməyən yenitikili binalar insanların taleyi ilə oynamaq deməkdir. Bu, böyük bir cinayətdir. Türkiyədə bunu edən şirkət sahibləri ən ağır cəzanı almalıdır”.

R.Kəsəmənli Azərbaycanda təbii fəlakət baş verəcəyi təqdirdə ağır faciələrdən qorunmaq üçün insanlara səslənib:

“Bildiyim qədər, Azərbaycanda binalar inşa olunarkən texniki normativlər, onun seysmoloji dayanıqlığı, tikinti normativlərinə cavab verib-verməməsi yoxlanılır. Ona görə də deyə bilmərik ki, bizdəki binalar keyfiyyətsizdir. Bunu söyləmək üçün əlimizdə əsas olmalıdır. Əgər narazı insanlar varsa, binanın keyfiyyətsiz olduğunu bilirsə və bilə-bilə aidiyyatı qurumlara xəbər etmirlərsə, elə özləri də məsuliyyətə cəlb olunmalıdırlar. Çünki əldə sübutlar varsa, dərhal aidiyyatı orqanlara məlumat verilməlidir. Cinayəti gizlətmək özü də bir cinayətdir. İnşallah ki, Allah bizi belə ağır fəlakətlərdən qoruyar. Amma yenə də deyirəm, əgər kimsə hansısa binanın keyfiyyətsizliyindən, texniki normativlərə cavab vermədiyindən şübhələnirsə, dərhal əlaqədar rəsmi qurumlara müraciət etməlidir”.

Cəvahir

www.yenicag.az

1062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv