!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı ilə Qədir Məmmədov arasında KÜSÜLÜLÜYÜN SƏBƏBİ: “Elə bildi bu işdə əlim var”

!Reklam – Yazi

“Həmin hadisədən sonra Qədir Qızılsəslə aramızda narazılıq yaşandı və o mənimlə danışmadı”.

Bunu “İndiyədək aranızda narazılıq yaşanan və küsülü olduğunuz müğənni varmı?”, – sualını cavabandırarkən tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı canlı yayım zamanı efirə qoşulan bir tamaşaçı zəngindən sonra tanınmış müğənni Qədir Məmmədovla aralarında narazılıq yaşandığını bildirib:

“Bir dəfə tanınmış müğənni Qədir Qızılsəslə aramızda narazılıq yaşanıb. O vaxt “Sevimli şou” verilişimdə canlı yayım idi. Sual qoymuşduq ki, canlı yaymda olan qonaqlarımızdan hansı müğənninin mahnısı sizin xoşunuza gəlir? Bir nəfər tamaşaçı canlı yayma qoşuldu, xoş sözlər söylədi ki, “Qədir müəllim siz bizim xoşumuza gəlirsiniz, axırda da qayıtdı ki, oxuduğnuz mahnılar bizim zövqümüzcə deyil”, – dedi və həmin an da “otboy” etdi, canlı yayım davam etdi. Qədir müəllim elə zənn etdi ki, bu işdə mənim əlim var. Amma mənim heç nədən xəbərim yox idi. Tamaşaçı zəng edərək özü canlı yayıma qoşulmuşdu və biz onun qabaqcadan nə deyəcəyini təbii ki, bilmirdik. Ondan sonra Qədir müəllimlə aramızda narazılıq yarandı və o məndən küsdü”.

Mikayıl sonradan bu küsülülüyə son qoyulduğunu bildirib:

“Bir müddətdən sonra Əflatun Qubadovun oğlunun toyunda mən ona yaxınlaşdım, baş verənlərə tam aydınlıq gətirdim, bir-bir izah etdim. Ondan sonra barışdıq”.

Cəvahir

www.yenicag.az

2414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv