!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı LAĞA QOYDU: “Cənab və xanım kinodüzəldənlər...”

!Reklam – Yazi

“Cənab və xanım kinodüzəldənlər, ittifaqınıza parklanma yeri lazım deyil”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış aparıcı İlqar Mikayıloğlu Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağacların kəsilərək yerində qanunsuz parkinq yaradılmasına münasibət bildirərkən deyib.

O, sosial şəbəkə hesabında qanunsuz parkinqin məxsus olduğu Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədovanın da bostanına daş ataraq istehza edib:

“Kinematoqrafçılar İttifaqı əla kinolar çəkdi, İkinci Qarabağda ordumuzu filmlərlə göylərə qaldırdı, Kann və Berlin festivalında mükafatlar qazandı, qalmışdı, bircə maşınları üçün parklama yeri. Cənab və xanım kinodüzəldənlər, ittifaqınıza parklama yeri lazım deyil. Çünki nə işiniz işdir, nə də… Elə yaxşı oldu ki, Prezident reaksiya verdi, parklanma ləğv olundu. İndi qoy qorxu içinizi yesin”.

Cəvahir

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv