!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı MƏŞHUR SERİALDA: “Bəlkə, birdəfəlik aktyorluğu seçdim”

!Reklam – Yazi

“Kim bilir, bəlkə, birdəfəlik aparıcılığı atıb aktyorluğa keçdim…”

Bu sözləri tanınmış aparıcı Anar Vəliyev Yenicag.az-a açıqlamasında deyib.Özünü aktyor kimi sınayan aparıcı “Ata ocağı” serialında rol alıb:

“Xəzər” Televiziyasında “Kinomən” verilişinin aparıcısı olduğum zamanlarda serial və filmlərdə çəkilmək üçün təkliflər alırdım, lakin “yox” cavabı verirdim. Çünki işlərim çox idi. Əslində, indi də işim az deyil, amma buna baxmayaraq, razılıq verdim. Rejissor Rüfət Şahbazov tərəfindən dəvət olundum. Bu, serial sektorunda ilk işimdir. Mənə görə yeni bir macəradır. Altıncı mövsümdə tamaşaçılar məni də görəcəklər.

Peşəkar komanda və eyni zamanda, obraz çox xoşuma gəldiyi üçün təklifi qəbul etdim. Bundan sonra da film və seriallarla bağlı maraqlı təkliflər olsa, düşünməyə başlayacam. Kim bilir, bəlkə, birdəfəlik aparıcılığı atıb aktyorluğa keçdim. Bilmək olmaz, həyatın işidir”.

A.Vəliyev ona həvalə olunan obrazın ona tam əks olduğunu da bildirib:

“Obrazım kiməsə görə mənfi, kiməsə görə müsbət ola bilər. Xarakterimlə təzad təşkil edən bir obrazdır. Bu obraz mənə həvalə olunanda bəyəndim. Əslində, çox mürəkkəb, təzadlı bir obraz olduğu üçün xoşuma gəldi. Tamaşaçıların öhdəsinə buraxıram, mənə maraqlıdır ki, baxandan sonra necə qərar verəcəklər.”

Cəvahir

www.yenicag.az

1826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv