!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı ŞƏRT KƏSDİ: “Bunu bacarmayan müğənniyə verilişimdə yer yoxdur”

!Reklam – Yazi

“Mənim verilişimdə canlı oxuya bilməyənə yer yoxdur”.

Bunu “Axşamdan axşama Mikayılla” adlı yeni verilişə başlayan aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Mikayıl müğənnilərə səslənərək öncədən şərtlərini də açıqlayıb:

“Yeni səhnəyə çıxan elə müğənnilər ola bilər ki, verilişimə qatılmaq üçün mənə müraciət etsin. İndidən hər kəs öz işini bilsin. Mənim üçün əsas meyar səsdir. Əgər səsi yoxdursa, canlı oxuya bilməyəcəksə, bu, mümkünsüzdür. Verilişimdə yalnız səsi olan və canlı oxuyan müğənnilərə yer var”.

Aparıcı verilişdə qalmaqal və dedi-qoduya da yer olmayacağını bildirib:

“Verilişdə qalmaqala, qarşıdurmaya da imkan verməyəcəm. Çünki mənim aparıcılıq etdiyim heç bir verilişdə qalmaqal olmayıb. Qalmaqal yaratmaq istəyənlərə də imkan verməmişəm. Amma verilişdə oyunlar nəzərdə tutulub və müğənnilərə intellektual suallar veriləcək. Bu suallar qarşısında kim aciz qalacaq, onu tamaşaçılar görəcək”.

Qeyd edək ki, aparıcı bu gündən etibarən MuzTV-də “Axşamdan axşama Mikayılla” adlı yeni verilişə başlayır.

Cəvahir

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv