!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aparıcı "Space"dən getdi - FOTO

!Reklam – Yazi

Uzun illər “Space” televiziyasında xəbər aparıcısı kimi çalışan Elvin Basqallı kanalla yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib.

Elvin Basqallı bildirib ki, 8 il sürən əməkdaşlıq sabah rəsmən yekunlaşacaq:

“Şərəfini şərəflə qorudum, əməyimi, istedadımı xəsislik etmədən xərclədim. Elə mənim də qazancım az olmadı. Dostlar, tanışlar, təcrübə və milyonların sevgisi, alqışı… Hələ qələbə xəbərlərinin carçısı olmaq şərəfi… Hər gün eyni vaxtda ana xəbəri sizlərə sevərək təqdim etdim. Minlərlə efir məni “Space”in, “Space”i də mənim həyatımda dərin izlərlə həkk etdi. Lakin indi ayrılıq dəmidir. Bu ayrılıqsa bizi bir neçə gün sonra yenidən görüşdürəcək. Efirdə olmadığım aylar ərzində bir gün belə əskik etmədiyiniz sevgi və diqqət qarşısında sayğı duruşundayam”.

 

Gülşən Şərif

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv