!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan ailəsinə qadağa: "Buna razılıq vermədim" - ÖZƏL FOTOLAR  

!Reklam – Yazi

Tanınmış aparıcı Azər Axşam ailəsi ilə gəzintiyə çıxarkən fotokameramıza tuş gəlib.

Aparıcı Yenicag.az-la ailəsi ilə bağlı fikirlərini bölüşüb:

“Mən ailəmə bağlı adamam. Boş vaxtlarımı onlarla birgə keçirirəm. Ərcanın 10 yaşı var. Əvvəllər deyirdi ki, estrada müğənnisi olacam. Amma indi fikrini dəyişib. Mənim yolumu davam etdirmək, nə aktyor, nə də aparıcı olmaq fikrində deyil.

Mən söz-söhbətdən qaçan adamam. Hardasa bir şəkil qoyan kimi altından min söz yazırlar. Buna görə də heç vaxt nə həyat yoldaşımın, nə də oğlumun şəkillərinin yayılmasına razılıq vermədim. Əslinə baxanda, xanımım Səbinə özü də bunu istəmir”.

Qeyd edək ki, Azər Axşamın iki övladı var. İki dəfə evli olan aparıcının birinci nikahından Cavidan adlı oğlu var. Cavidan anası ilə birgə xaricdə yaşayır.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv