!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan ÇÖZÜM YOLU: “Cütlüklər evlənərkən xüsusi psixoloji müayinədən...”

!Reklam – Yazi

“Belə qətl hadisələrinin baş verməməsi üçün evlənərkən cütlüklər xüsusi psixoloji müayinədən keçməlidir”.

Bu fikirləri tanınmış aparıcı Günay Firudinqızı Yenicag.az-a açıqlamasında deyib.

O, son zamanlar cəmiyyətdə ailə-məişət zəminində artan qətl hadisələrinin çoxalmasından danışıb:

“Son zamanlar cəmiyyətimizdə ailə münaqişəsi zəminində ölüm, qətl hadisələrinin sayı günü-günən artır. Təəssüflər olsun ki, hər gün belə xəbərlərlə rastlaşırıq. Məsələn, bir ailənin məhvinə səbəb olan Əhmədin törətdiyi hadisə hər kəsə şok yaşatdı.

Cəmiyyətdə əhmədkimilər tək deyil. Əksər hallarda da bəlli olur ki, qətl törədən insanların psixi problemləri olub. Hansı ki ona evlənmək, ailə qurmaq olmazmış, amma valideynlər “evlənər, keçər”, “uşağı olandan sonra düzələr” düşüncəsi ilə belə övladlarını evləndirirlər.

Amma zaman keçir, həmin şəxs ailəsinə xətər yetirir, bıçaqlayır, baltalayır, boğur və digər dəhşətli qətl hadisələri törədir. Bu yaxınlarda bir xəbər oxudum ki, kişi məclislərin birində arvadımı öldürəcəm deyə anons da veribmiş. Çox vaxt belə məsələlər ciddiyə alınmır, amma əslində bu, ciddi bir problemdir”.

Aparıcı bu cür qətl hadisələrinin baş verməsinin qarşısının alınması üçün ailə qurarkən, cütlüklərin psixoloji müayinələrdən keçirilməsini vacib sayır:

“Burada sosial şəbəkələrin, orada yayılan oyunların, kriminal tipli filmlərin nə dərəcədə rolu var, bilmirəm. Bunu mütəxəssislər araşdırsa, yaxşı olar. Amma elə bir duruma gəlib çıxmışıq ki, mütləq bu məsələlərə həssas yanaşmalıyıq.

Belə qətl hadisələrinin baş verməməsi üçün cütlüklər evlənərkən xüsusi psixoloji müayinədən keçməlidir. Bəzən sevginin gözü kor olur, deyə həqiqətləri görmək çətin olur. Amma qətiyyən kortəbii evlənmək olmaz”.

Cəvahir

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv