!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan SƏRT QINAQ: “TikTok”da biabırçılıq baş alıb gedir”

!Reklam – Yazi

“Azərbaycanda “TikTok” sosial platforması bağlanmalıdır və qadağan edilməlidir”.

Bunu tanınmış aparıcı Anar Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycanda “TikTok” sosial platformasından maarifləndirici məqsədlə istifadə edənlərin azlıq təşkil etdiyini, əksəriyyətin başqa məqsədlərlə bu platformada vaxt keçirdiyini təəssüf hissi ilə bildirib:

“Mən “TikTok”da yoxam və olacağım da çox böyük sual altındadır.

“TikTok” sosial platforması ilə bağlı fikirlərimə gəlincə, əsas olan insanların bu sosial platformadan necə istifadə etməsidir. Adamlar tanıyıram ki, “TikTok”da çox maarifləndirici statuslar, videolar paylaşır, kitablar təqdim edirlər, canlı bağlantılar yaradırlar. Baxmayaraq ki, onların baxış sayı sıfırın altındadır.

Təsəsüflər olsun ki, özlərini apara bilməyənlər “TikTok”da cəmləşib, orada maddi gəlir də əldə edirlər. Hər halda, hamı yaxşı görür ki, orada hansı hallar baş alıb gedir. Mənə elə gədir ki, Azərbaycanda “TikTok” sosial platforması bağlanmalıdır və qadağan edilməlidir. Və nəzarət elə güclü olmalıdır ki, heç bir proqramla ora daxil olmaq mümkün olmasın. Amma bu mümkündürmü, deyə bilmərəm. Hər halda bunun tərəfdarıyam ki, “TikTok” bağlansın. Bəlkə də mənim bu fikrimlə razılaşanlar da olacaq, razılaşmayanlar da…

Yenə də deyirəm tanıdığım insanlar var ki, “TikTok”dan yalnız maarifləndirici paylaşımlar etmək üçün istifadə edirlər”.

Cəvahir

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv