!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan SƏRT REAKSİYA: “Bunu edənləri sosial şəbəkələrdə yıxıb-sürüyürlər”

!Reklam – Yazi

“Bunu edənləri sosial şəbəkələrdə yıxıb-sürüyürlər…”

Bu sözləri tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, reytinq naminə verilişlərdə süni qalmaqal, bayağı şoular yaratmağın əleyhinə olduğunu bildirib. Bu günün tamaşaçısı ilə 15 il əvvəlki tamaşaçı arasında böyük fərq olduğunu deyən aparıcı onu da vurğulayıb ki, belə ucuz qalmaqallarla nəinki reytinq qazanmaq olar, əksinə izləyicilərin gözündən düşürsən:

“Mən heç vaxt verilişimdə süni qalmaqal və yalançı şoular yaratmamışam. Heç buna yaxşı da baxmıram. Çünki tamaşaçının gözü tərəzidir və hər şeyi gözəl görür və bilir. Bu günün tamaşaçısı 10-15 il əvvəlin tamaşaçısı deyil, çox dəyişib.

Bugünkü tamaşaçının gözü açılıb və yaxşı bilir nə yalandır, nə sünidir, nə də doğru… Buna görə də onu aldatmağa dəyməz. Tamaşaçını süni, bayağı qalmaqallarla aldatmaqla reyinq qazanmırar. Əksinə sosial şəbəkələrdə sərt şəkildə rəylər yazaraq, onları yıxıb-sürüyürlər”.

Cəvahir

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv