!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan SƏRT XƏBƏRDARLIQ: “Verilişimdəki qonaq kobudluğa yol verərsə...”

!Reklam – Yazi

“Əgər həmin şəxs xanımdırsa, lazım olduğu qədər ürək sözlərimi deyərəm”.

Bu sözləri tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, “verilişə dəvət etdiyiniz qonaq canlı yayımda hər hansı kobud hərəkətə yol verərsə, ona qarşı reaksiyanız necə olar” sualını belə cavablandırıb:

“Aparıcısı olduğum verilişlərdə indiyədək mənə qarşı heç vaxt kobud hərəkətə, sayğısızlığa yol verilməyib. Amma əgər belə bir hal yaşanarsa, bunu aparıcı olaraq, ilk növbədə özümə qarşı hörmətsizlik kimi qəbul edərəm. Çünki evin sahibi mənəm.

Yəni kimisə verilişə kimisə dəvət edirəmsə, deməli, bunu ev sahibi kimi edirəm. Qonaq da əgər ev sahibinə qarşı hörmətsizlik edərsə, tamaşaçı qarşısında onun kobudluğuna reaksiya vermərəm. Yumşaq formada məsələdən yan keçərəm. Loru dillə desək, malalayaram ki, tamaşaçı bunu çox da hiss etməsin.

Amma verilişdən sonra həmin adama çox kobud şəkildə cavab verərəm. Əgər həmin şəxs xanımdırsa, lazım olduğu qədər ürək sözlərimi deyərəm. Yox əgər bəydirsə, o zaman mənə qarşı hörmətsizliyinə çox kobud şəkildə münasibətimi bildirərəm”.

Cəvahir

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv