Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tanınmış azərbaycanlı jurnalistinin çəkdiyi şəkil “Traktorsazi”nin səhifəsində…

img1863376Təbriz şəhərinin “Traktorsazi” komandası facebook.com sosial şəbəkəsindəki TiraXtürk Fan Klub səhifəsində “Qəbələ” futbol klubunu son möhtəşəm qələbəsi münasibətilə təbrik edib.  TraXTürk  facebookş.com heyran səhifəsində “Yaşasın Quzeyli soydaşlarımız, yaşasın Qəbələ” sloqanının ardınca Azərbaycan Milliyyətçi Gəncləri, Qəbələ 2-0 Çukoraçki (Serbiya) cümlələrini paylaşılıb. Həmin fikrin davamı ilə səhifədə “Qəbələ” Fan Klubu üzvlərinin “Qəbələ – Çukoraçki” görüşündən çəkilmiş şəkli yerləşdirilib ki, şəkildə “Qəbələ” azarkeşlərinin əlində Güney Azərbaycanın istiqlal bayrağı görünür.

Xatırladaq ki, həmin şəkli tanınmış jurnalist Azər Sarıyev “Qəbələ” futbol klubu Avroliqa oyunları çərçivəsində Serbiyanın “Çukoraçki” klubunu qəbul edərkən “Bakcell Arena”da çəkib. Azər Sarıyev həmin şəkli sözügedən qarşılaşmanı xüsusi coşqusu, yurdsevər çağırışları ilə rövnəqləndirən “Qəbələ” Fan Klubu ilə bağlı təəssüratlarını bölüşdüyü “Qəbələ” Qələbəyə məhkum idi” sərlövhəli məqaləsi ilə birlikdə saytımıza təqdim etmişdi(https://yenicag.az/az%C9%99r-sariyev-q%C9%99b%C9%99l%C9%99-q%C9%99l%C9%99b%C9%99y%C9%99-m%C9%99hkum-idi/) .

 

www.yenicag.az

265