!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış Azərbaycanlı reper ilə bağlı Rusiya Baş Prokurorluğuna müraciət edildi

!Reklam – Yazi

Dövlət Dumasının deputatı Yana Lantratova Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) konsertlərinin ləğvini xahiş edib.

Yenicag.az xəbər verir ki, o bu barədə teleqram kanalında bildirib.

“Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləyən reper Jah Khalibin Rusiyadakı konsertlərinin ləğv olunması xahişi ilə Baş Prokurorluq, Moskva meri və Sankt-Peterburq qubernatoruna müraciət etdim. Jah Khalib təxəllüsü ilə tanınan Bəxtiyar Məmmədov aprelin 23-də və noyabrın 25-də Moskvada, aprelin 25-də isə Sankt-Peterburqda konsert verməyi planlaşdırır”, – Lantratova yazıb.

Deputat reperin instaqram hesabında paylaşdığı “hekayə”ni xatırladıb: “Jah Khalib qeyd edir ki, Kiyevdədir və sığınacaqdan sığınacağa köçür, ukraynanıları isə sadəcə sevmir, onlara heyrandır. Pulu isə Rusiyada qazanmağa çalışır. Məntiqsizdir”.

Xatırladaq ki, söhbət artistin 2022-ci ilin fevralındakı “hekayə” paylaşımından gedir.

Həmçinin Jah Khalibin Rusiyadakı konsertlərinin ləğvi ilə bağlı musiqiçi Akim Apaçev çıxış edib. O, populyar artisti ukraynalı terrorçuların dəstəkçisi adlandırıb. Apaçev də müvafiq dövlət strukturlarına müraciət edib.

Konsertlərin ləğvinə dair çağırışların olmasına baxmayaraq, Jah Khalibin aprelin 23-də Moskva keçirilməsi planlaşdırılan konserti ləğv olunmayıb.

Reperin özü məsələni şərh etməyib.

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv